
Ramazan bayramında nə qədər fitrə zəkatı vermək tövsiyə olunur?
Orucluq bitdikdə fitrə zəkatı vermək lazımdır - Necə ki, namazı bitirdikdə Peyğəmbərə salavat demək lazımdır. Əgər axşam məlum olsa ki, səhər bayramdır Fitrə zəkatı məğrib azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır.
InterPress.ge xəbər verir ki, Fitrə zəkatı Fitr bayramı günü günəş çıхdıqdan sоnrа vеrilir.
Fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılındıqdan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi qidalardan 3 kq dəyərindədir.
Yuxarıda qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin. Əgər bir ailə imkansızdırsa, onda onlar fitrə verməkdən azaddırlar.
Başqasının öhdəsində olan insana fitrə zəkatı vacib deyil. Habelə əgər öhdəsində olduğu adam da onun fitrəsini verməsə, yenə də ona fitrə vacib deyil. Lakin, yaxşı olar ki, özü öz fitrəsini çıxartsın.
Fitrə zəkatını o kəs verməlidir ki, gəliri zəruri xərclərini qarşılayır. Fitrəni o kəsə vermək lazımdır ki, gəliri zəruri xərclərini qarşılamasın.
Fitrə pulunu özünüz də imkansız müsəlmana verə bilərsiz. Əgər belə bir tanışınız yoxdursa, həmin pulun fəqir müsəlmana verilməsini başqa adama həvalə edə bilərsiz. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi və sədri Mirtəqi Əsədov müsəlmanların Ramazan bayramını təbrik edərək fitrə zəkatı barədə məlumat verdi.
"Fitrə zəkatı ailədə üzv sayına görə çıxılır. Adam başına 3 kq buğdanın, arpanın, düyünün və s. dəyərində çıxılır. Allah tutulan orucları, niyyətləri qəbul etsin və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə hər kəsi təbrik edirəm"- Mirtəqi Əsədov.