11 
May
2021
14:49
1456

Sinoptiklər açıqladı - Gürcüstanda havalar bu tarixədək isti keçəcək

12-14 may tarixlərində Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata görə, mayın 12-də aran və düzənliklərdə havanın temperaturu gün ərzində +21, +26 dərəcə olacaq, mayın 13-14-də Gürcüstanın qərbində +30, +35 dərəcəy yüksələcəyi gözlənilir, Şərqi Gürcüstanda isə +27, +32 dərəcəyə yüksələcək.

Mayın 15-də bəzi bölgələrdə yağış yağacaq, Gürcüstanın şərqində dolu müşahidə oluna bilər. Gürcüstanın qərbində havanın temperaturu 6-7 dərəcə azalacaq.
Mayın 15-dək Tbilisidə yağmursuz hava gözlənilir, Mayın 15-də şimşək çaxacağı və qısamüddətli yağış yağacağı gözlənilir. Hava istiliyi mayın 12-də +23, +25, 13-15 mayda +28, +30 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın