11 
May
2021
12:49
536

Polis narkotik cinayətlərinə görə 2 nəfəri saxladı

Acarıstan Polis İdarəsinin Rayon Müfəttişləri və Detektiv Bölmələrinin əməkdaşları birlikdə keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində Batumidə müxtəlif vaxtlarda narkotik cinayətlərinə görə 2 nəfər: 1983-cü il təvəllüdlü T.K və 1976-cı il təvəllüdlü, keçmişdə dəfələrlə məhkum olan K.Ç-nı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis T.K-nı külli miqdarda narkotik maddənin qanunsuz alınması-saxlanması və satışı ittihamı ilə saxlayıb.

Hakimin qərarına əsasən, hüquq-mühafizə orqanları T.K-nın narkotiklərin satın alınmasına aid alış-verişin gizli audio-video qeydini həyata keçirib.

Polis, T.K.-nın narkotik alqı-satqısı zamanı satdığı “buprenorfin" tərkibli 115 "Suboksin" narkotik həbini və narkotik maddənin qanunsuz satışı nəticəsində əldə etdiyi pulu sübut kimi ələ keçirib.

K.Ç-yə gəldikdə isə, polis şəxsi araşdırması nəticəsində “buprenorfin” tərkibli 29 həb “Suboksin”i sübut kimi götürüb. K.Ç külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması ittihamı ilə saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" bəndinə əsasən qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması-saxlanması və satışı ilə bağlı istintaq tədbirləri davam edir.

Cinayət 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın