10 
May
2021
12:57
557

Hökumət icarəçi fermerlərə yeni güzəşt təklif edir

"Hökumət icarəçilərə yeni güzəşt təklif edir".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava hökumət administrasiyasında keçirilən brifinqdə söyləyib.

"Hökumətin qərarı torpaq icarəyə götürmüş və torpağı satın almağı düşünən fermerləri sevindirəcəkdir. Kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu artırmaq, icarəçilərin öz hüquqlarından daha səmərəli istifadə etmələrini və torpaqları birbaşa almasını təmin etmək üçün qərara gəldik ki, bundan sonra bunu 25% endirimlə etmək mümkün olacaq. Samxarauli Bürosunun qiymətləndirdiyi qiymətdən, 25% "endirim" olacaq və icarəçilər bundan faydalanacaqlar. Gürcüstanda təxminən 2 min belə icarəçi var, söhbət kifayət qədər geniş sahələrdən gedir. Bu insanlar illərdir bu torpaqları əkib-becərirlər. Bu qərar torpaqların satın alınmasını onlar üçün daha əlçatan edəcəkdir. Bu qərar özəl investisiyaların cəlb edilməsi imkanlarını daha da artıracaq", - dedi Natia Turnava.

Onun sözlərinə görə, hökumətin vəzifəsi aktivliyi dayandırmamaq, ərazinin əkib-becərilməsidir, hər şey iqtisadiyyatı bərpa etmək və vətəndaşları işə düzəltməyə xidmət etməlidir.

Bir neçə il əvvəl hökumət torpaq becərən icarəçiləri ərazini birbaşa bazar qiymətinə almasına icazə verdi. Natia Turnava hökumətin hazırkı qərarının bu torpaqların baha olması və icarəçilərin onlara çatma problemi ilə əlaqəli olduğunu izah edib.

“Tendensiyanı müşahidə edirdik, qiymətlər olduqca yüksəkdir. Bir çox icarəçinin bu hüquqdan istifadə etmək üçün maddi imkanları yoxdur. Bu səbəbdən bu qərarı verdik", - dedi nazir.

Bizimlə əlaqə saxlayın