Gürcüstanın baş naziri İrakli Ğaribaşvili az əvvəl Prezident administrasiyasına yollanıb.
InterPress.ge xəbər verir ki, baş nazirin Prezident administrasiyasına hansı məsələ üçün getdiyi məlum deyil.
Qeyd edək ki, onadək isə Salome Zurabişvili Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə və Gürcü Arusunun üzvləri Mamuka Mdinaradze və Mixeil Sargveladze ilə görüşmüşdü. Görüşün mövzusu ehtimal ki, "İnzibati Xətalar Məcəlləsi"nə əlavə olunan dəyişikliklər haqqında qanun layihə ilə bağlıdır. Sözügedən qanunlayihəyə müxalifət nümayəndələri vetonun qoyulmasını tələb edirlər.
