Gürcüstanda koronavirusdan növbəti ölüm hadisəsi qeydə alındı
Gürcüstanda daha bir xəstə koronavirusdan öldü.
InterPress.ge xəbər verir ki, 86 yaşlı şəxs koronavirusdan Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında həyatını itirib.
"Bu gün təəssüf ki, covid-19 səbəbindən ölüm hadisəsi xəstəxanamızda ilk qeydə alındı. Sizə demək istəyirəm ki, bu qaçılmaz idi, 86 yaşlı qadın 2 həftədən çoxdur ki, xəstəxanamızda yatırdı. Praktikada, epidemiyanın başlamasından bəri klinikaya gətirilmiş ən ağır xəstəmiziydi. 86 yaşında olmaqdan əlavə, ağır müşayiət olunan nevroloji xəstəliyi, ən çox 24 bal səviyyəsində qiymətləndirilən ağır ikitərəfli sətəlcəm olmuşdu. Yəni demək olar ki, heç bir sağlam ağciyər toxumasının qalmaması, ağır sepsis və digər ağır ağırlaşmaların olması idi. Bu xəstə 2 həftə reanimasiyada yatdı. Həkimlər əllərindən gələni etdilər. Təəssüf ki, vəziyyət elə idi ki, həyatla uyğun deyildi və onun xilas etmək mümkün olmadı" - dedi. Yoluxucu Xəstəliklər Klinikasının müdiri Tengiz Tsertsvadze mediaya açıqlamasında.
Qeyd edək ki, bu, Gürcüstanda koronavirusdan ölümünün üçüncü hadisəsidir.


