05 
May
2021
19:30
683

Turnava: "Rusiyada qarabaşaq ixracatının müvəqqəti dayandırılması ölkəmizin bazarına təsir göstərməyəcək"

"Rusiyada qarabaşaq ixracatının müvəqqəti dayandırılması ölkəmizin bazarına təsir göstərməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava açıqlama verib.

Nazirin jurnalistlərin sualına cavab olaraq qeyd etdiyinə görə, kəsir yaranarsa, çox asanlıqla əvəz ediləcək, amma bu gün belə bir çatışmazlıq yoxdur.

“Rusiyanın bu qərarı verməsi təəssüf doğurur, bu qərar sərbəst ticarət ruhuna uyğun gəlmir, amma bunun daxili səbəbləri olduğu görünür. Bu, bazarımıza təsir etmir, dünya bazarlarının 2/3-i ilə sərbəst ticarət rejimimiz var, bu səbəbdən bu açıq meydana gələrsə onu əvəzləmək çox asan olacaq, amma bu gün açıq yoxdur"- dedi Natia Turnava .

Məlumat üçün bildirək ki, Rusiya hökuməti qarabaşağı daxili bazar üçün lazımlı məhsullar siyahısına əlavə etdi və xaricə ixracını müvəqqəti qadağan etdi. Hökumət fərmanında qadağanın 5 iyun 2021-ci ildə qüvvəyə minəcəyi və 31 avqusta qədər qüvvədə qalacağı bildirilir. Sənədə görə, istisnalara yalnız qarabaşaq humanitar yardımın bir hissəsi olduğu təqdirdə icazə veriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər