04 
May
2021
14:11
955

Bu şəxslərə "yaşıl passport" veriləcək

Şura formatında tam peyvəndlənən şəxslər üçün müxtəlif güzəştlər nəzərdən keçiriləcək.

InterPress.ge xəbər verir ki, Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Qiorqi Ğibradze bu gün baş tutan brifinqdə açıqlama verdi.

“Dünyada olduğu kimi, Gürcüstanda da yoluxma hallarının sayı artır, lakin sistem ən pis vəziyyətə belə hazırdır və hökumət prosesi tam nəzarətdə saxlayır. Şura bir daha xalqı müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət etməyə çağırır”- Qiorqi Ğibradze.

Şuranın qərarına əsasən, bu həftə peyvəndləmə prosesinə hökumət, parlament üzvləri, turizm və s. sahəsində çalışan insanlar, həmçinin ictimai nəqliyyatın sürücü və nəzarətçiləri cəlb olunacaq.

Qiorqi Ğibradzenin sözlərinə görə, bölgədə aktiv iş gedir. Vətəndaşlara tam peyvəndləmə kursundan keçdikdən sonra "yaşıl pasportlar" veriləcək.

Qeyd edək ki, bu gün Gürcüstanda "Sinofarm"ilə peyvəndləmə prosesi başladı. Gürcüstanda "Astrazeneca" peyvəndi 15 mart, "Pfizer" ilə 30 mart tarixində başladı. Gürcüstan 3 aprel tarixində ölkə 100 000 doza Sinofarm peyvəndi aldı.

Bizimlə əlaqə saxlayın