Gürcüstan parlamentinin Qardabani millət vəkili Savalan Mirzəyev Marneulidə yardıma ehdiyacı olan 100 ailəyə ərzaq yardımı göndərib.
InterPress.ge xəbər verir ki, bundan əvvəl S. Mirzəyev Marneulidə 30 ailəyə yardım edib.
Göndərilən yardım Marneuli meryasına təfil verilib. Merya yardımları Marneulidə yardıma ehtiyacı olanlara paylayacaq.


