30 
Apr
2021
19:12
1170

Tətil günlərində ticarət mərkəzlərinə və mağazalara əlavə məhdudiyyətlər qoyulacaqmı? - AÇIQLAMA

Tətil günlərində ticarət mərkəzləri və mağazalara əlavə məhdudiyyətlər qoyulmayacaq və qadağa yalnız ictimai nəqliyyatda və qəbirstanlıqları ziyarət etməyə tətbiq olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəisi Qiorqi Ğibradze qeyd edib.

"Bu gündən 12 maya qədər olacaq tətil günlərində iki əlavə məhdudiyyət var. Birincisi, 2-dən 4-dək qəbiristanlıqlara getməyin qadağan edilməsidir, ikincisi, mayın 2-dən 12- dək şəhərlərdə ictimai nəqliyyatın hərəkətinin dayandırılmasıdır. Ticarət mərkəzlərinə və mağazalara əlavə məhdudiyyətlər qəbul edilmir"- dedi Qiorqi Ğibradze.
Onun sözlərinə görə, nəticə etibarilə, hökumət tərəfindən atılan hər bir yeni addım ilk növbədə epidemioloji vəziyyətin təhlili ilə əlaqəli olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər