Pensiyaçılar üçün kredit faizləri azaldılacaqmı? - Açıqlama
"Pensiya kreditlərinin faiz dərəcəsi azalmayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Bankın prezidenti Koba Qvenetadze məlumat verib.
Onun sözlərinə görə, Milli Bank bu istiqamətdə əlindən gələni edib.
"Mən Milli Bankda işə başlayanda pensiyaçıların kredit faizləri 120 ilə 200 arasında idi. Bu gün söhbət 31 faizdən gedir, yəni bununla bağlı çox işlər görülüb.Bu barədə, Parlamentdə müzakirələr aparıldı və müxtəlif tədbirlərin görülməsinə ehtiyac var, ancaq unutmayaq ki, pensiyaçıların kredit faizlərini qeyri-pensiya kreditləri ilə müqayisə etsək, bu faiz təxminən eynidir. Buna görə bu, ayrı-seçkilik vəziyyətində olduqları anlamına gəlmir.
Təminatsız kreditlər təxminən eyni faiz dərəcəsi ilə verilir, üstəlik bank kommersiya təşkilatı olaraq ölümlə əlaqəli riski sığortalayır.
Düşünürəm ki, bu vəziyyətdə bu maksimumdur. Bu faiz dərəcəsi də bir çox şeydən asılıdır - risk nədir, ümumilikdə ölkədəki iqtisadi artım necədir və s." Milli Bankın prezidenti Rustavi 2-nin efirində bildirib.


