SON DƏQİQƏ AÇIQLAMA: Komendant saatı bu şəxslər üçün ləğv edilə bilər
"2 doz peyvənd vurduranlar üçün, pandemiya səbəbindən tətbiq olunan komendant saatı və digər məhdudiyyətlər ləğv edilə bilər ".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Facebook Live-da deyib.
Onun sözlərinə görə, Xəstəliklərə Nəzarət Mərkəzi gələn həftə 2 doz peyvənd vurduran insanlara istisnalar etmək üçün Koordinasiya Şurasına müraciət edəcək. Qamğrelidzenin dediyinə görə, bir neçə ölkədə tamamilə aşılanan vətəndaşlar maska olmadan çölə çıxa bilirlər və hərəkətlərində məhdudiyyət yoxdur.
"Bunun üzərində işləyirik, beynəlxalq təcrübəyə əsaslanan bir neçə məqam - komendant saatı vaxtında sərbəst hərəkət, xaricə səyahət edərkən müvafiq sənəd... Əvvəlcədən səsləndirə bilmədiyim bir neçə təşəbbüs üzərində işləyirik.
Bu barədə düşünürük, üzərində işləyirik və əminəm ki, gələn həftə, mayın 15-dək 14000-ə qədər tam peyvənd olunmuş vətəndaş toplayacağıq. İnsanlar ölkədən daha çox təşviq və imtiyaz sahibi olmalıdırlar. İnsanları aşılamaq üçün daha çox stimula ehtiyac var. Pandemiya peyvənd edilmədən bitməyəcək və nə qədər çox insan aşılansa, epidemiya o qədər sürətli bitəcək", - dedi Qamğrelidze.


