Balaca Məhəmməddən son vəziyyəti ilə bağlı...
Marneuli bələdiyyəsinin Aşağı Saral kənd sakini Balaca Məhəmməd hal- hazırda Türkiyədə Talassemiya xəstəliyi ilə mübarizə aparır.
InterPress.ge xəbər verir ki, o, Türkiyənin Emsey xəstəxanasında müalicə alır.
Məhəmmədin atası Mustafayev Arzu ilə InterPress.ge-nin əməkdaşı əlaqə saxlayaraq Məhəmmədin vəziyyəti ilə maraqlandı.
Mustafayev Arzunun verdiyi məlumata görə, hal-hazırda Məhəmmədin vəziyyəti qənaətbəxşdir. Məhəmmədi xilas etmək üçün qardaşından alınan analizlərin cavabı yaxın günlərdə çıxacaq.
Öz məsumluğu, gücü, dözümlüyü ilə hər kəsin qəlbini fəth edən Məhəmməd üçün xeyirxah insanlar tərəfindən yığılan pul hal- hazırda 20 min dollardan çoxdur. Ancaq onun bu xəstəlikdən xilas olması üçün ümumilikdə 85 min dollar lazımdır.
Özü balaca olsa da var gücü ilə bu amansız xəstəliklə mübarizə aparan 3 yaşlı Məhəmmədin xeyirxah insanlara ehtiyacı var.
Xeyirxah insanların Məhəmməd üçün köçürəcəyi hər 1 lari belə onun həyatını xilas etmək üçün bir imkandır.
Bank hesabları:
Azərbaycan
(Kapital bank)
4169738579528179
Vüsal Kərəmov
(Rusiya)- Rahibə İsmayılova
5469380063796550
Gürcüstan
5488880303690346
GE68BG000000049885933


