Litva XİN-i Gürcüstana səfər edəcək
27-29 aprel tarixlərində Litva Respublikasının Xarici İşlər Naziri Qabrielius Landsberqis Gürcüstana rəsmi səfər edəcək.
lnterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.
Məlumata görə, səfər çərçivəsində Baş nazirin müavini, xarici işlər naziri Davit Zalkaliani , litvalı həmkarı ilə üz-üzə görüşəcək. Bundan sonra iki ölkənin nümayəndə heyətləri arasında geniş formatlı görüş keçiriləcək.
Nazirlikdən verilən məlumata görə, Litva Xarici İşlər Naziri Gürcüstan Prezidenti Salome Zurabişvili , Baş nazir İrakli Ğaribaşvili və qanunverici orqanın nümayəndələri ilə görüşlər keçirəcək.
“Gürcüstanda olduğu müddətdə Qabrielius Landsberqis, işğal xəttinin yaxınlığındakı Odzisi kəndinə gedəcək və AB Monitorinq Missiyası ilə vəziyyətlə yerindəcə tanış olacaq. O, həmçinin ölkənin birliyi üçün ölən əsgərlərə də ehtiramını bildirəcək və Qəhrəmanlar Abidəsi önünə əklil qoyacaq.
Səfər zamanı Litva nümayəndə heyəti Gürcüstanın Milli Muzeyini ziyarət edəcək və şəhərin mədəni görülməli yerləri ilə tanış olacaq”, - deyə məlumatda bildirilib.


