27 
Apr
2021
13:21
274

İrakli Kobaxidze: “Arçil Talakvadzeyə siyasi danışıqlarda xüsusi töhfəsinə və ən əsası iki ildir Gürcüstan Parlamentinin sədri vəzifəsində işlədiyinə görə təşəkkür edirəm”

“Arçil Talakvadzeyə siyasi danışıqlarda xüsusi töhfəsinə və ən əsası iki ildir Gürcüstan Parlamentinin sədri vəzifəsində işlədiyinə görə təşəkkür edirəm”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, Arçil Talakvadze çox çətin bir vəziyyətdə Parlamentin sədri vəzifəsini tutub.

“Xatırladığınız kimi, çox çətin bir vəziyyət fonunda parlamentin sədri vəzifəsini aldı. Bu, 2019-cu ilin iyun ayı idi və o vaxtdan bəri parlament və siyasi həyatda bir sıra çətin mərhələlərdən keçməli oldu. Bu mərhələlərin hər birində ləyaqətli parlament sədri kimi seçilirdi, hansı ki, ölkəmizin mənafelərinin təmin olunmasını düzgün təmin edirdi. İki ildir ki, göstərdiyi xüsusi xidmətə görə, ona bir daha təşəkkür edirəm”,- dedi İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər