26 
Apr
2021
20:10
506

Ölkədəki epidemioloji vəziyyətlə bağlı açıqlama verildi

Vəziyyət nəzarət altındadır və hökumət prosesə tam nəzarət edir.

InterPress.ge xəbər verir ki, bu barədə Əməliyyat Qərargah rəisi Qiorqi Ğibradzr Qurumlararası Şuranın qərarlarından danışıb.

“Bildiyiniz kimi, son zamanlar həm dünyada, həm də Gürcüstanda infeksiya hallarının artan dinamikası müşahidə olunur. İnfeksiya hallarına əlavə olaraq xəstəxanaya yerləşdirmə nisbəti də artır. Bunu nəzərə alaraq, Baş nazirin tapşırığına əsasən Səhiyyə Nazirliyi əlavə yataq dəstlərinin səfərbər edilməsi, həmçinin dərman, oksigen və ya analiz tədarükünün idarə olunması üçün bir plan hazırladı və deyə bilərik ki ən pis ssenariyə belə hazır olmalıyıq. Vəziyyət nəzarət altındadır və hökumət prosesi tamamilə nəzarətdə saxlayır"- dedi Ğibradze.

Onun sözlərinə görə, İdarələrarası Koordinasiya Şurası mövcud epidemioloji tendensiyaları izləməyə davam edir və vəziyyətin ətraflı təhlili nəticəsində əlavə qərarlar verəcək.

Bizimlə əlaqə saxlayın