26 
Apr
2021
15:49
373

Nazir bələdiyyələrdə görüləcək işlərdən danışdı

“Bölgələrin yenilənən proqramı bələdiyyələrə yeni həyat verəcək. Bələdiyyələrin tarixi mərkəzləri tamamilə yenilənəcək və bu, turistlərimiz üçün yeni cazibə mərkəzlərinə çevriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava Hökümət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumətin başlatdığı bütün digər proqramlar regional kontekstdə təşkil ediləcək.

“Pandemiyaya baxmayaraq, turizm sənayesini canlandırmaq üçün əlimizdən gələni edirik. Bu proqram çərçivəsində yalnız böyük şəhərlərdə deyil, bölgələrdə də çox maraqlı, bənzərsiz, yeni cazibə mərkəzləri yaradılacaq. Ümumiyyətlə, digər bütün proqramlar regional konteksdə təşkil ediləcək və hər bələdiyyəyə konkret proqram paketləri təqdim edəcəyik. İnşaat işlərinin necə canlanacağını, hər zaman dövlət proqramları ilə davam etdiriləcək özəl biznesin fəaliyyətini çox yaxında görəcəksiniz”, - dedi Natia Turnava.

Bizimlə əlaqə saxlayın