26 
Apr
2021
13:49
179

Azərbaycanın dəstəyi ilə Gürcüstanda ceyranların populyasiyası formalaşdırılır - FOTO

“Gürcüstanda Azərbaycanın dəstəyi ilə həyata keçirilən ceyranların populyasiyasının bərpası layihəsi uğurla davam etdirilir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazir Levan Davitaşvili deyib.

Onun sözlərinə görə, 2013-cü ildə Samux vadisinə 10 ceyran buraxılıb, indi isə onların sayı 150-yə çatıb: “Brakonyerlik səbəbindən ceyranların populyasiyasını bərpa etməklə bağlı cəhdlərimiz uğursuzluqla nəticələnirdi. Lakin indi deyə bilərik ki, artıq dayanıqlı populyasiya formalaşır və ildən-ilə artır. Vaşlovani milli parkı ziyarətçilər arasında həmişə çox populyar olub. Bu layihənin reallaşdırılması onların marağını daha da artıracaq”.

L.Davitaşvili bu gün qeyd olunan layihənin uğurla həyata keçirilməsində iştirak edən sərhədçilər və reyncerlərə təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, Gürcüstanda ceyran populyasiyasının bərpası layihəsi Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, KfW bankının maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər