23 
Apr
2021
11:26
191

Prezident: “19 apreldə Gürcüstanda əldə edilmiş razılaşma Avroatlantik yolda irəliləməmizi dərinləşdirəcək”

“19 apreldə Gürcüstanda əldə edilmiş razılaşma Avroatlantik yolda irəliləməmizi dərinləşdirəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili "Twitter" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, NATO-nun baş katibi Jens Stoltenberq ilə söhbətində Gürcüstanın İttifaqa doğru irəliləməsi və yaxın aylarda Əfqanıstanda baş tutacaq əməkdaşlıq məsələsini müzakirə ediblər.

“Bu gün NATO-nun baş katibi Jens Stoltenberqlə İttifaqın gələcək Sammitində Gürcüstanın NATO-ya gedən yolunu təsdiqləmək və yaxın aylarda Əfqanıstanda əməkdaşlığımızı müzakirə etmək üçün əla söhbətim oldu. 19 apreldə Gürcüstanda əldə edilən razılaşma Avroatlantik yolda irəliləməmizi dərinləşdirəcək" , - dedi Zurabişvili.

Bizimlə əlaqə saxlayın