22 
Apr
2021
19:43
229

ABŞ səfiri: "Tərəflərin razılığa gələ bilməsindən məmnunam"

"Tərəflərin razılığa gələ bilməsindən çox məmnunam".

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında bildirib.

“Bu irəliyə doğru atılmış vacib bir addım idi. Çox şadam ki, tərəflər razılığa gələ bildilər. Tərəflərin müqavilədə təqdim olunan güzəştə getmək üçün həqiqi cəsarət və liderlik göstərdikləri uzun və çətin bir yoldu. Düşünürəm ki, 2019-cu ilin iyun hadisələri bütün gürcülər üçün ağrılı bir epizod idi və tərəflərin əfv qanunu ilə bağlı irəliləməyə razı olması vacibdir. Bu, bu hadisələr üçün məsuliyyət məsələsinin gündəmə gətirilməsini istisna etmir, ancaq ölkənin irəliləməsinə imkan verir"- Deqnan.

Onun sözlərinə görə, həbsxananı tərk edib-etməyəcəyinə qərar vermək Nika Meliyanın üzərinə düşür.

"Əlbətdə ki, cənab Melianın həbsxanadan çıxıb-çıxmaması barədə şəxsi qərarı var, lakin razılaşma cənab Melia və Ruruanın sərbəst buraxılmasına imkan verir. Son altı ayda nəzərdən keçirilmiş digər tələblərə gəldikdə, inanıram ki, bu, irəliyə doğru bir addımdır və Gürcüstanın Kovid-19 iqtisadiyyatının bərpası da daxil olmaqla ölkənin qarşısında duran nəhəng problemlərin həlli üçün işə başlamasına imkan verir. Həqiqətən tam işləyən bir parlament tələb edən digər problemlər var"- Kelli Deqnan.

Bizimlə əlaqə saxlayın