20 
Apr
2021
14:16
1089

Akelik şirkətinin işçilərinin maaşlarının ödənilməsi ilə bağlı nazirlikdən açıqlama verildi

Marneulidə su təchizatı layihəsini inşa edən şirkət, əmək haqqı borcunu ödəməyə söz verdi və işlərin başa çatması haqqında plan-cədvəl təqdim edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə report.ge-yə Regional İnkişaf və İnfrastruktur Nazirliyindən bildirilib.

Regional İnkişaf və İnfrastruktur nazirinin birinci müavini İlia Beqiaşvili və Birləşmiş Su Təchizatı Şirkətinin direktoru Qiqa Mandaria, Marneulidə davam edən su təchizatı layihəsinin tikinti və nəzarət şirkətlərinin rəhbərləri ilə görüşüb.

Artıq dörd aydır ki, layihə çərçivəsində işləyən işçilər Akelik qrup səhmdar cəmiyyətindən maaş tələb edirlər. Layihənin sifarişçisi olan Birləşmiş Su Təchizat Şirkətinin müqavilə üzrə bütün maliyyə öhdəliklərini tam yerinə yetirdiyini nəzərə alaraq, İlia Beqiaşvili qəti şəkildə inşaat şirkətinin nümayəndələrindən işçilərə maaş vermələrini və işi bitirdikdən sonra konkret plan-cədvəl təqdim etmələrini tələb edib.

"Akelik Qrup"un rəhbərliyi, maaş borclarını yaxın günlərdə qaytaracağına söz verib və həftənin sonuna qədər layihənin başa çatma müddətləri və şərtlərini ətraflı şəkildə əks etdirən 12 aylıq plan-cədvəl təqdim edəcək.

Müqaviləyə görə, işlər mart ayının sonuna kimi tamamlanmalı idi, ancaq proses hələ də problemlərlə həyata keçir.

Asiya İnkişaf Bankı (AİB) tərəfindən təqribən 56 milyon dollara maliyyələşdirilən layihə Marneuli su təchizatı və kanalizasiya sistemlərinin, Bolnisi kollektor və kanalizasiya sisteminin tikintisini nəzərdə tutur.

Layihə çərçivəsində nasos stansiyaları və su anbarları quraşdırılacaq, magistral borular və daxili şəbəkələr quraşdırılacaq, köhnəlmiş borular yeniləri ilə əvəz ediləcək, yeni kanalizasiya kollektoru quraşdırılacaq və kanalizasiya nasos stansiyası tikiləcəkdir. Layihə başa çatdıqdan sonra, Marneuli şəhərinin və beş kəndin, ümumilikdə 31 700 nəfər əhalisi sabit və keyfiyyətli su təchizatı ilə təmin ediləcəkdir.

Bizimlə əlaqə saxlayın