20 
Apr
2021
11:01
356

DİN narkotik vasitələr, əl bombaları, tapançalar və külli miqdarda pul götürüb

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik maddənin qanunsuz alınması və saxlanması, odlu silah və sursatların qanunsuz alınması-saxlanılması-gəzdirilməsi ittihamı ilə əlaqədar 1989-cu il təvəllüdlü, keçmişdə mühakimə olunmuş V.E.-ni saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyi tərəfindən yayılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təqsirləndirilən şəxsin şəxsi avtomobilində və mənzilində axtarış aparılarkən, hüquq-mühafizə orqanları sübut kimi götürüb: buprenorfin tərkibli 535 həb narkotik vasitə, metadon tərkibli 4 ineksiya şprisi, “COMBAT-PP” və “ZORAKI M906” model tapançalar, qumbara və yeddi əl bombası və 82 patron. Həmçinin külli miqdarda pul götürülüb.

Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi, 236-cı maddəsinin 3-cü və 4-cü hissələri və 273-cü prima maddəsi ilə istintaq aparılır.

Cinayət 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın