19 
Apr
2021
19:37
299

Peyvəndləmə üçün ön qeydiyyat portalı istifadəyə verildi

Gürcüstanın İşğal olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi peyvəndləmə üçün ön qeydiyyat portalı yaradıb, bu da peyvənd olunmaq istəyənlərin sayını müəyyənləşdirməyi hədəfləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, adı çəkilən veb sayt vasitəsi ilə vətəndaş peyvənd üçün əvvəlcədən qeydiyyatdan keçmək və istədiyi peyvəndi seçmək fürsətinə malikdir. Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurmaq lazımdır.

“Vətəndaşlar peyvənd siyahısından ən çox üç arzu edilən aşı seçə biləcəklərini nəzərə almalıdırlar. Üç peyvənd seçildikdən sonra, sistem artıq dördüncü peyvəndin seçilməsinə icazə vermir, baxmayaraq ki, vətəndaşa "razılaşma"dan əvvəl peyvəndi dəyişdirməyə icazə verilir. Bundan sonra fərdi məlumatları doldurmaq lazımdır”, - deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

İdarədən verilən məlumata görə, peyvənd üçün əvvəlcədən qeydiyyat 18 yaşdan yuxarı vətəndaşlara mümkündür.

Peyvənd üçün ön qeydiyyat portalının ünvanıdır: https://www.moh.gov.ge/covid-chart/register/welcome

Bizimlə əlaqə saxlayın