17 
Apr
2021
09:19
399

İmnadze: "Bu gün ictimaiyyət arasında maskasız görünmək ayıbdır"

"Bu gün ictimaiyyət arasında maskasız görünmək ayıbdır"

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze qeyd edib.

İmnadzenin sözlərinə görə, cəmiyyət növbəti 1 ay ərzində tövsiyələrə əməl etməzsə, ölkədəki epidemioloji vəziyyət gərginləşəcək.

“Gələn ay yayı necə qarşılayacağımız üçün ən vacib ay olacaq. Bu ay qaydalara çox əməl etməsək, əlbətdə vəziyyət çox çətin olacaq. Noyabrın sonu və dekabrın əvvəlində epidvəziyyətin necə olduğunu hamımız xatırlayırıq. Həqiqətən də bu ayı birtəhər keçirtmək, izdihamlı yığıncaqlardan çəkinmək, camaat arasına maskasız çıxmaqdan çəkinmək lazımdır.

Çox çətin olduğunu başa düşürəm, ancaq bu, bir-birinizə hörmət, qarşılıqlı qayğıdır, bu gün ictimaiyyət qarşısında maskasız görünmək ayıbdır"- Paata İmnadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər