"Gürcüstan Parlamentinin qapısı xalq tərəfindən seçilmiş və hələ qanunverici orqanda təmsil olunmayan bütün siyasi partiyalar üçün açıqdır".
InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze bu barədə bu gün keçirilən brifinqdə bəyan edib.
"Qirçi"nin parlament işində iştirak etmək üçün tam hüququ var. Bizim prioritetimiz parlamentin cəmiyyətin seçdiyi şəkildə təqdim edilməsidir", - dedi Talakvadze.
