16 
Apr
2021
11:16
345

DTX Radioaktiv maddəni qanunsuz satmaq istəyən iki nəfəri saxladı

Radioaktiv maddəni qanunsuz satmağa cəhd göstərdiklərinə görə iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayır.

DTX-nın yaydığı məlumata görə, adı çəkilən şəxslər Kutaisidə 300.000 Avro qarşılığında radioaktiv maddə satmağı planlaşdırıblar.

"Radioloji ekspertizanın nəticəsinə görə, götürülən konteynerdə Americium 241 (Am241) radioaktiv maddənin olduğu aşkarlanıb. Radioaktiv maddələr və digər zərərli radiasiya mənbələri ilə işləmək (RUN 2000) əsas sanitariya qaydalarına əsasən konteynerdə aşkar olunan radioaktiv Y (qamma) şüalanma dozasının gücünü və mənbənin təbiətini nəzərə alaraq, onunla birbaşa uzunmüddətli təmas insan sağlamlığı üçün təhlükəlidir", - deyili DTX-nın məlumatında.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsinin birinci hissəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın