16 
Apr
2021
11:01
933

Məktəblərdə hər-hansı bir əlavə məhdudiyyət olacaq? - AÇIQLAMA

“Bu mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər planlaşdırmırıq, çünki həyəcan siqnalı yoxdur".

InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bir daha dövlət məktəblərinin nümayəndələrinə müraciət edib.

Qamğrelidze, təhsil müəssisələrinin rəhbərliklərinə şagirdlərin və müəllimlərin virusa yoluxma hallarının qarşısını almaq üçün verilən tövsiyələrə ciddi əməl etməli olduqlarını söyləyib.

“Bu mərhələdə məktəblərdə yoluxma hallarının sayı 8% -i keçmir. Əlbətdə ki, virusun yayılmasının qarşısını almaq üçün mövcud olan qaydalara ciddi şəkildə riayət etməlidirlər. Bu mərhələdə məktəblər üçün əlavə məhdudiyyətlər planlaşdırmırıq, çünki həyəcan siqnalı yoxdur", - deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər