02 
Apr
2020
13:39
2573

Bolnisinin Kvemo Bolnisi (Kəpənəkçi) kənd sakini hamilə qadın və övladı koronavirusa yoluxdu

Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi kəndində (Kəpənəkçi) 19 yaşlı hamilə qadın və övladının koronavirusa yoluxması təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili məlumat verib.

Onun sözlərinə görə, onların hər ikisi Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasına çatdırılıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Kvemo Bolnisi kəndi koronavirusun yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tam təcrid olunub. Bu kənddə koronavirusa yoluxanların sayı 4-ə çatıb.(report)

Bizimlə əlaqə saxlayın