15 
Apr
2021
14:53
537

Bu tarixdən Avropanın ən ucuz şirkətlərindən biri olan "Eurowings" hava yolları uçuşlara başlayır

Lufthansa Qrupuna daxil olan Almaniyanın ucuz Eurowings hava yolu şirkəti Gürcüstan istiqamətində müntəzəm fəaliyyət göstərməyi düşünür.

InterPress.ge xəbər verir ki, aviaşirkət müntəzəm hava fəaliyyəti üçün icazə almaq məqsədilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinə rəsmi müraciət edib.

"Sevindirici haldır ki, köhnə hava daşımalarının qayıtmasıyla yanaşı, yeni iştirakçılar da əlavə edirik. Eurowings rəsmi olaraq Mülki Aviasiya Agentliyinə yay aylarında, ilk növbədə Tbilisi - Düsseldorf - Tbilisi uçuşlarına başlamaq üçün müraciət etmək istəyini bildirdi və daha sonra sahəsini genişləndirəcək. Turizmin canlanması səbəbilə sonra yeni aviaşirkətlərin Gürcüstan bazarına qatılacağını gözləyirik", - İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava dedi.

Bu il iyulun 21-dən "Eurowings" hava yolu ilə Düsseldorf - Tbilisi - Düsseldorf uçuşlarını həyata keçirəcək.

Bizimlə əlaqə saxlayın