15 
Apr
2021
12:36
257

Müxalifət bölgələrdə görüşlərə başlayır

Müxalifət bölgələrdə görüşlər keçirməyə Kaxetidən başlayır.

InterPress.ge xəbər verir ki, görüş bu gün Telavidə keçiriləcək.

Müxalifət təmsilçilərinin dediyinə görə, məqsəd əhalini may ayına planlaşdırılan etiraz aksiyasına cəlb etməkdir.

“15 may mövcud siyasi prosesin ən vacib tarixidir, çünki on minlərlə insanın öz etirazlarını bildirməsi, hiddətlərini ifadə etmələri üçün bir fürsət olacaqdır. Gürcüstan miqyasında müxtəlif mövzularda etirazları olan, ümidini itirmiş, nəticə ala bilməyən qəzəbli insanları müşahidə edirik”, - dedi Qiqi Uqulava.

"Vahid Milli Hərəkat"ın üzvü Qiorqi Botkoveli, siyasətçilərə əsas məsləhətin əhali tərəfindən verilməli olduğunu söyləyib.

"Hər hansı bir tərəfdaşımızın bəyanatını başa düşmək bizim üçün vacibdir, amma bu gün ölkədə nələrin olduğunu daha çox başa düşürük", - dedi Botkoveli.

"Birləşmiş Gürcüstan-Demokratik Hərəkat"ın üzvü Anzor Burcanadze deyib ki, müxalifət bölgələrdə fərqli partiyaların tərəfdarlarını koordinasiya etməyə çalışacaq.

"Hər şeydən əvvəl, əlbəttə ki, tərəfdarlarımızla görüşəcəyik ki, fərqli partiyaların tərəfdarları koordinasiyalı olsun, 15 may çox yaxşı təşkil olunmalı və mümkün qədər çox adam təmsil olunmalıdır", - Anzor Burcanadze deyib.

"Strategiya Ağmaşenebli"nin üzvü Qiorqi Xaburdzania, müxalifətin məqsədinin 15 mayda mümkün qədər çox insanın etiraz etməsini təmin etmək olduğunu söyləyib.

"Mesajımız, mümkün qədər çox insanın 15 mayda meydana çıxmasıdır, çünki yalnız insanların gücü ilə nəticə əldə edə bilərik", - dedi Xaburdzania.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər