14 
Apr
2021
21:04
299

DİN-in qarşısında keçirilən aksiyada 10 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, idarənin binası yaxınlığında vətəndaş fəalları ilə polis arasında baş verən qarşıdurma zamanı 10 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə saxlanılıb.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi qarşısında vətəndaş fəalları ilə polis arasında qarşıdurma olub. Aktivistlər binaya daxil olub Daxili İşlər Nazirliyinin nümayəndəsi ilə görüş tələb ediblər, hüquq-mühafizə orqanları isə icazə verməyib.

Etirazçılar, vətəndaş fəalı Qiorqi Mumladzenin saxlanılmasına etiraz edir və Daxili İşlər Nazirliyini onu sərbəst buraxmağa çağırır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qiorqi Mumladze polislərə müqavimət göstərmək və fiziki təhqir ittihamı ilə saxlanılıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, cinayət 2 ildən 5 ilə qədər həbs cəzası ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın