14 
Apr
2021
16:03
397

İmnadze Pasxa ilə bağlı vətəndaşlara müraciət edir

‘’Ölənlərimizin xatirəsini yad etmək üçün ümumiyyətlə qəbirstanlığa gedirik, amma ziyafətə ehtiyac yoxdur’’.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini Paata İmnadze açiqlama verib.

Onun sözlərinə görə, Pasxa bayramı münasibətilə vətəndaşlar qəbristanlığa gedə bilərlər, ancaq bir ziyafətə ehtiyac yoxdur.

İmnadzenin Koordinasiya Şurası bitdikdən sonra baş tutan brifinqdə qeyd etdiyinə görə, bu nə dini, nə epidemioloji, nə də başqa bir mənada uyğun deyil.

"Biz ümumiyyətlə qəbirstanlığa, bir qayda olaraq, ölənlərin xatirəsini yad etmək üçün gedirik, lakin məzarlıqda ziyafətə ehtiyac yoxdur. Biz süfrələri yalnız qəbirstanlıqda görmədik. İndiyə qədər nə dini, nə də epidemioloji və ya başqa bir mənada məzarlıqda bir qonaqlıq verməyi məqsədəuyğun hesab etmirəm”,-dedi İmnadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər