14 
Apr
2021
00:35
962

Ramazanın ilk gününün duası, imsak və iftar vaxtı...

Bu gün Ramazan ayının ilk günüdür.

InterPress.ge xəbər verir ki, Ramazan təqviminə əsasən, aprelin 14-nə imsak vaxtı Tbilisi saatı ilə 04:44-də, iftar vaxtı isə 20:01-dədir. İmsak və İftar vaxtı bir neçə dəqiqə ehtiyat etmək məsləhət görülür.

Birinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahumməc'əl siyami (fihi) siyaməs-saimin və qiyami (fihi) qiyaməl-qaimin və nəbbihni fihi ən naumətil-ğafilin və həb li curmi fihi ya ilahəl-aləmin və'fu ənni ya a'fiyən ənil-mucrimin!”.

Tərcüməsi: “Allahım, mənim bu aydakı orucumu həqiqi oruc tutanların oruclarından et, mənim bu aydakı gecə oyaqlıqlarımı (yaхud namazlarımı) həqiqi oyaqların oyaqlıqlarından (yaхud həqiqi namaz qılanların namazlarından) et, məni bu ayda qafillərin yuхusundan oyat, bu ayda günahımı bağışla, ey aləmdəkilərin məbudu, məni bu ayda əfv et, ey günahkarları əfv edən!”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul etsin!

Bizimlə əlaqə saxlayın