12 
Apr
2021
09:22
843

Parlamentdə bu şəxslərin kredit faizləri ilə əlaqədar müzakirə keçiriləcək

Gürcüstan parlamentində təqaüdçülərin kredit faizi dərəcələri ilə əlaqədar müzakirə keçiriləcək.

InterPress.ge xəbər verir ki, mövcud məsələni müzakirə etmək üçün Maliyyə-Büdcə Komitəsinin iclası planlaşdırılır.

Komitə iclasında Gürcüstan Milli Bankı-nın, Liberty Bank-ın və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı planlaşdırılır. Onların komitə iclasına gəlmələrini "Vətəndaşlar" partiyası tələb edib.

Aleko Elisaşvili və Levan İselianinin hesab etdiyinə görə, təqaüdçülər əvvəlcədən pensiya alarkən yüksək faizə məruz qalırlar, bu da təqaüdçülərin sosial vəziyyətini pisləşdirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər