11 
Apr
2021
10:13
497

Gürcüstanda özünü çaya atan gəncin axtarışları davam edir

Namoxvani kəndi yaxınlığında xilasedicilər çayda axtarışları davam etdirir, qayıqlar da axtarış işlərinə cəlb edilib.

InterPress.ge xəbər verir ki, bu barədə İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis İdarəsinin rəisi Sulxan Tamazaşvili açıqlama verib.

Tamazaşvilinin sözlərinə görə, istintaq başladılıb və bütün suallar cavablandırılacaq.

"Çox kədərli bir hadisə baş verdi. Daxili İşlər Nazirliyi dərhal cavab verdi. Cinayət Məcəlləsinin intihar etməyi nəzərdə tutan 115-ci maddəsi ilə istintaq başladıldı. Hər şeydən əvvəl insan həyatını xilas etmək üçün axtarış işləri aparılır. İstintaq digər əlavə suallara cavab verəcək", - dedi Sulxan Tamazaşvili.

Jurnalistlərin itkin düşən şəxsin sərxoş vəziyyətdə olub-olmadığını və yoldaşlarının dindirilib-dindirilmədiyi sualına Tamazaşvili, istintaqın qısa müddətdə bütün sualları cavablandıracağını söyləyib.

Məlumat üçün bildirək ki, Cğaltubo Bələdiyyəsinin Namoxvani kəndində, Namaxvani SES-in inşasına etiraz edənlərdən biri özünü çaya atıb və indiyə qədər xəbər yoxdur.

“Oğlan telefonunu çay kənarındakı aktivistlərdən birinə verib suyun içinə girdi. Orada olanlar gənci xilas etməyə çalışdılar, lakin o, çayın dərinliklərinə doğru üzdü və nəhayət çayın şiddəti onu apardı", - dedi Namaxvani SES-in inşaatı əleyhinə aksiyanın təşkilatçılarından Varlam Qoletiani.

Bizimlə əlaqə saxlayın