Arçil Talakvadze: "Hər gün etdiyimiz iş, vətəndaşlara vəd etdiklərimizdir"
"Hər gün etdiyimiz iş, vətəndaşlara vəd etdiklərimizdir, əminəm ki, növbəti seçkilərdə vətəndaşlarımız bizi bu işlə qiymətləndirəcəklər’’
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze deyib.
“Biz həmişə seçkilərə seçkilər qurtardığı günden sonra da hazırlaşırdıq, çünki düşünürük ki, seçkilərin ertəsi günündən etibarən vətəndaşlar bizdən söz verdiklərimizi gözləyirlər, irəliləyiş və problemlərin həllini gözləyirlər. Buna görə də uğurlu hökumət və siyasi komanda seçkilərə qələbə günündən hazırlaşır. Nəticə etibarı ilə hər gün etdiyimiz iş vətəndaşlara söz verdiyimiz şeydir və əminəm ki, vətəndaşlar seçkilərdə bizi bu işlə qiymətləndirəcəklər. Özünüidarəetmə seçkilərinə namizəd və siyahılara gəlincə, bununla bağlı açıqlama vermək ücün hələ tezdir. Xüsusilə, əlbəttə ki, bələdiyyə sədrinin namizədləri haqqında, amma sizə demək istəyirəm ki, bu barədə seçki kampaniyası və seçki dövrü yaxınlaşdıqca daha çox məlumat əldə edəcəksiniz və təbii ki, bu məsləhətləşmələr kampaniyadan əvvəl başlayacaq", - Talakvadze dedi.
Qiorqi Qaxarianın qarşıdakı seçkilərdə mümkün iştirakına gəlincə, Talakvadzenin sözlərinə görə, Gürcüstanın keçmiş baş naziri hələ konkret bir siyasi açıqlama verməyib.
‘’Qiorqi Qaxaria-ya gəlincə, o, siyasi partiya qurub-qurmadığını necə partiya quracağını, hansı ideoloji platformaya sahib olacağını, komandasınin kim olacağı barədə hələ heç bir siyasi açıqlama verməyib. Nəticə etibarilə əvvəlcədən hər hansı bir qiymətləndirmə aparmaq çətin olacaq. Əgər konkret bir açıqlama verərsə, bu haqda qiymətləndirmələri sizə deyə biləcəyik", - dedi Talakvadze


