Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Arçil Talakvadze: "Nika Melia, razılaşmanı rədd edən həmkarlarına görə bu gün həbsdə qalır"

572
Arçil Talakvadze: "Nika Melia, razılaşmanı rədd edən həmkarlarına görə bu gün həbsdə qalır"
Dinləmək üçün basın

"Müxalifətin radikal hissəsinə və "Milli Hərəkat"a Nika Melia-nın həbsdə olması lazımdır və bunun üçün bəzi planlar hazırlayırlar".

"Müxalifətin radikal hissəsinə və "Milli Hərəkat"a Nika Melia-nın həbsdə olması lazımdır və bunun üçün bəzi planlar hazırlayırlar".

InterPress.ge xəbər verir ki, bu barədə parlament sədri Arçil Talakvadze Birinci Kanala müsahibəsində deyib.

Parlamentin sədri, Nika Melianın həbsdə qalmasında böyük əməyin həmkarları tərəfindən olduğunu qeyd eydib.

"Məhkəmə qərarını əvvəlcədən proqnozlaşdırmaq mənim səlahiyyətim deyil, ancaq siyasi danışıqlarda mövqeyimizi açıq şəkildə bildirdik. Hər şeydən əvvəl, əsas şey ölkəmizin ehtiyac duyduğu islahatlardır. Nika Melia işi ilə əlaqədar olaraq, girov ödənilməsi halında müvafiq mexanizmlər, hətta Avropa vasitəçisinin təklif etdiyi amnistiya məsələsi belə müzakirə edilmişdi. Təəssüf ki, müxalifətin Nika Melia-ya həll yolu axtarmaq da daxil olmaqla razılığa gəlməkdən imtina etdiyini gördük. Buna görə də, bu gün Melianın həbsdə qalmasına, razılığa rədd cavabı verən həmkarlarının tövhəsi var.

MSK-ya qarşı radikal hərəkətlər gördük. Vətəndaşlara qanunlardan üstün olduğunu söylədikdə Nika Melia-nın nümayişkaranə çağırışını da gördük. Bu yanaşma özlüyündə qanunun aliliyinə və demokratiyaya ziddir. Buna görə də düşünürəm ki, burada çox sadə kompromislərə ehtiyac var. Bizim tərəfimizdən görüş addımları atıldı, ancaq görünür ki, müxalifətin radikal hissəsinə və "Milli Hərəkat"a Nika Melianın həbsdə olması lazımdır və bu haqda müəyyən planlar hazırlayırlar", - deyə parlament sədri bildirib.

"Milli Hərəkat"ın Nika Melianın niyə həbsdə qalmasına ehtiyacı olduğu sualına Talakvadze, bunun radikal müxalifətin siyasi proseslərə rəhbərlik etdiklərini sübut etmək üçün sabitliyi pozma planının bir hissəsi olduğunu söyləyib.

"Qanundan yüksək durmaq üçün özlərinə ixtiyar verirdilər, ancaq dövlət həm Nika Meliaya, həm də onun radikal tərəfdarlarına xatırlatdı ki, dövlət var, qanun var və qurumlara hücm yolverilməzdir. Belə hərəkətləri beynəlxalq tərəfdaşlarımız da heç vaxt haqlı görməyəcəkdir. Buna müvafiq olaraq, əgər qanun pozularsa, bunu etiraf etmək lazımdır, növbəti addımların atılması çox asan olacaq", - dedi Talakvadze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →