08 
Apr
2021
14:16
2071

Toyların və yas mərasimlərin qarşısını almaq üçün bu qayda tətbiq olundu

Toylar, ad günləri, yas mərasimləri və kütləvi əyləncə tədbirləri kimi sosial fəaliyyətlər üçün obyektin verilməsi məhdudlaşdırıldı.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik “Təcrid və karantin qaydalarının təsdiq edilməsi haqda” Gürcüstan Hökumətinin qərarında əks olunub.

Qərar, obyekt sahibini məcbur edir ki, müqavilə ilə konkret məhdudiyyətləri tətbiq etmə yolu da daxil olmaqla bütün ağlabatan tədbirləri alsın ki, qərarla qadağan edilmiş fəaliyyətlərin əvvəlcədən qarşısı alına bilsin. Bununla birlikdə, sahibkar qanun pozuntusu halında məlumat alan kimi, dərhal müvafiq xidmətə bildirməlidir.

Bundan əlavə, qadağan edilmiş tədbirə koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün Səhiyyə Nazirinin əmri ilə təsdiq edilmiş tələblərin pozulması müşayiət olunarsa, Əmək Müfəttişliyi Xidməti, Daxili İşlər Nazirliyinin koordinasiyası ilə kənar şəxslərin girişini müvəqqəti məhdudlaşdırmaq hüququna sahib olacaq. Sahəyə icazəsiz daxil olmaq, möhürü açmaq və ya Əmək Müfəttişliyi Xidməti tərəfindən obyektə qoyulan tələblərə məhəl qoymamaq qadağandır.

Məlum olduğu kimi, mövcud qanunvericiliyə görə ölkədə toy, hər hansı bir yubiley, şənlik və s. kimi sosial hadisələrlə əlaqədar tədbirlərdə 10-dan çox fərdin bir araya gəlməsi qadağandır.

Baş nazir İrakli Ğaribaşvili artıq Gürcüstan Hökumətinin “Təcrid və karantin qaydalarının təsdiqinə dair” qərarda dəyişiklikləri imzalayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər