08 
Apr
2021
13:20
3824

Pensiyaçıların nəzərinə - Bu xidmət ləğv edilir

“Liberty Bank” pensiyaçılar üçün vaxtından əvvəl pensiya çəkmək hüququnu ləğv edir.

InterPress.ge xəbər verir ki, 15 apreldən etibarən pensiyaçılar bu xidmətdən faydalana bilməyəcəklər.

Məlumata görə, pensiyaçılar artıq pensiyalarını fərdi qrafiklərlə alacaqlar.

“Əziz müştərilər, 15 apreldən etibarən “vaxtından əvvəl pensiya çəkmək” xidmətinin ləğv edilməsi səbəbindən, pensiyalar artıq fərdi qrafiklərlə veriləcəkdir. Pensiyanızın köçmə tarixini www.myliberty.ge linkindən öyrənə bilərsiniz. Xidmətimizdən istifadə etdiyinizə görə təşəkkür edirik”, - bildirilir “Liberty Bank”ın açıqlamasında.

Məlumat üçün bildirək ki, pensiyaçılar koronavirus pandemiyasının yaratdığı çətinliklər fonunda pensiyalarını vaxtından əvvəl çəkmək imkanına sahib idilər.

Bizimlə əlaqə saxlayın