07 
Apr
2021
14:23
247

Çerçvadze: "Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirusa yoluxmuş xəstələr üçün 60 çarpayı ayrılıb"

“Yoluxucu Xəstəliklər Xəstəxanasında koronavirusa yoluxmuş xəstələr üçün 60 çarpayı ayrılıb ki, bunlardan 40-ı artıq tutulub”

InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze açıqlama verib.

Onun sözlərinə görə, onun klinikasına yerləşdirilən xəstələrdən 5-i reanizmasiya şöbəsindədir.

“Yoluxucu Xəstəliklər Xəstəxanada olan xəstələrin vəziyyəti normaldır. Reanimasiyada 5 xəstəmiz var, lakin bunların heç biri ümidsiz və ya kritik dərəcədə ağır deyil. Ümumiyyətlə, klinikamız xəstələrin sağalması ilə ölkədə və bəlkə də Avropada ən yüksək səviyyəli xəstəxanalardan biridir. Təxminən 1300-1400 xəstəni müalicə etdik və yalnız 13-ü yəni 1%-i vəfat edib. Klinikamızda koronavirusa yoluxmuş xəstələr üçün 60 çarpayı ayrılıb ki, bunlardan 40-ı artıq tutulub”- Tenqiz Çerçvadze

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər