06 
Apr
2021
13:37
921

Sosial tədbirlər üzərində tənzimləmə və nəzarət gücləndirilir

“Sosial tədbirlər (toy, yas, ad günləri - Red.) üzərində tənzimləmə və nəzarət gücləndirilir”.

InterPress.ge xəbər verir ki, bu haqda Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Beka Peradze Gürcüstanın Birinci Kanalına məlumat verib.

Peradzenin verdiyi məlumata görə, Gürcüstan hökumətinin təcridetmə və karantin qaydalarını təsdiqləyən qərarında dəyişiklik edilməsi planlaşdırılır və nəticədə obyekti icarə ilə kirayə verən şəxs şərt qoymalıdır ki, qeyd olunan obyekt sosial tədbirlərin keçirilməsi üçün istifadə edilməyəcək.

Belə bir müqavilə bağladıqdan sonra, obyekt sahibi kirayə götürənin sahəni sosial tədbir üçün istifadə etdiyini bilsə, bu barədə əmək müfəttişliyinə məlumat vermək məcburiyyətində qalacaq. Əks təqdirdə, sosial tədbirin keçirilmə faktı aşkar edildikdə obyekt sahibi on min lari məbləğində cərimələnəcək və təkrar cinayət halında ona qarşı cinayət işi başlanacaq.

Obyekt sahibi icarə müqaviləsinə sosial fəaliyyətin qadağan edilməsi şərtini daxil etdiyini və kirayə götürən şəxsin bu müqaviləni yerinə yetirmədiyini iddia etsə nə olacağı sualına Peradze cavab verib ki, kirayə götürən şəxsin obyektdən faydalanan zaman həqiqi məqsədlər barədə məlumatlarının olub-olmadığını öyrənəcəklər. Bundan əlavə Peradzenin dediyinə görə, eyni arqumentin obyektin kirayə verilməsi halında 2-ci və ya 3-cü dəfə istifadə edilməsi halında, heç bir əsası olmayacaq və nəticə etibarilə sahiblər üçün sanksiyalardan qaçmağın bu üsulu nəticə verməyəcəkdir.

Əmək Müfəttişliyi Xidməti rəhbərinin sözlərinə görə, son vaxtlar sahiblərin sosial tədbirlər üçün obyekti icarəyə vermələri hallarına artım müşahiə olunub və qanun pozuntusu halında, icarəyə götürən şəxs 2 min lari cərimələnir ki, bu da izdihamlı toyların, ad günlərinin və ya şənliklərin qarşısını düzgün ala bilmir. Peradzenin sözlərinə görə, bu cür praktikaların artması qaydaların sərtləşdirilməsinə səbəb olub. Yeni qaydaların yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın