06 
Apr
2021
13:14
1013

Məhdudiyyətləri pozan 100-lərlə şəxs cərimələndi - VİDEO

Daxili İşlər Nazirliyi Covid-19 ilə mübarizə aparmaq üçün qüvvədə olan qaydaların pozulması ilə əlaqədar 1387 halı aşkar edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 153 fiziki və 2 hüquqi şəxsi cərimələyib.

“Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin əməkdaşları ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal cavab verirlər.

Polis orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində son 24 saat ərzində ölkə daxilində tətbiq olunan məhdudiyyətlər çərçivəsində qüvvədə olan qaydaların pozulması ilə əlaqədar 1387 hal aşkarlanıb.

Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 153 fiziki və 2 hüquqi şəxsi cərimələyib.

"Cərimələnənlər arasında axşam 9-dan səhər 5-ə qədər hərəkəti məhdudlaşdıran qaydaları pozan vətəndaşlar da var"- deyə məlumatda bildirilir.

Onların bildirdiyinə görə, son 24 saat ərzində İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən maska taxma qaydasını pozduqları üçün 1131 nəfər və maska taxma qaydasını dəfələrlə pozduqları üçün 101 nəfər cərimələnib.

“Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks təqdirdə qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər həyata keçiriləcək.

Maska taxma qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyət və 20 lari məbləğində cərimə ilə nəticələnir, maska taxma qaydasının 42-ci maddəsinə əsasən təkrar pozulması nəticəsində vətəndaşlar ( Cinayət Məcəlləsinin 11maddəsinə əsasən) 40 lari cərimələnir.

Təcrid və karantin qaydalarının pozulması, Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur.

"Təkrarlanan cərimə cinayət məsuliyyətini nəzərdə tutur", - məlumatda deyilir.

Bundan əlavə, Gürcüstan ərazisindəki bütün şəxslər Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etməyə məsuliyyətlidirlər. Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyət göstərməyə və mövcud qaydalara tabe olmağa çağırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər