Mərkəz rəhbəri toylar və yas mərasimlərindən danışdı
“Onsuz da pisləşən epidemioloji vəziyyət daha da pisləşərsə, Koordinasiya Şurası məhdudiyyətlərin sərtləşdirilməsi qaydalarını müzakirə edəcək”.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamğrelidze deyib.
"Ölkədə epidemiya vəziyyəti olduqca gərgindir, getdikcə daha da pisləşir. Yeni halların sayı ciddi şəkildə artdı. Ölkədə üçüncü dalğaya doğru gedirik, əgər üçüncü dalğanın olmasını istəmiriksə, hamımız tövsiyələrə əməl etməliyik, üçüncü dalğadan birtəhər yayınmalıyıq. İndi balaca epidemiyaların, klasterlərlərin mənbəsi yenə də topantılar – toylar, yas mərasimləridir.
Epidemiya vəziyyəti daha da pisləşsə, Koordinasiya Şurası müxtəlif sərtləşdirmələri müzakirə edəcək",- dedi Qamğrelidze, İmedi TV-nin efirində.


