03 
Apr
2021
10:52
1159

Gürcüstanda koronavirusun bu günə olan statistikası

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 580 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 283 369 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 215 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 274 145 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 6 nəfər ölüb və ölənlərin ümumi sayı 3 804 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 29 729 test aparılmışdır. Bunlardan 16 531-i sürətli antigen testi, 13 198- i isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər