31 
Mar
2021
16:31
1007

Ceyhun Məhəmmədəli: “Yalnız bu gün real nəticə olaraq məni zərərçəkmiş kimi tanıdılar”

“Yalnız bu gün real nəticə olaraq məni zərərçəkmiş kimi tanıdılar”.

InterPress.ge xəbər portalına “Mtavari arxi”nin jurnalisti Ceyhun Məhammədəli bu barədə qeyd edib.

Onun sözlərinə görə, bu vaxtadək nəticəsiz prosedurlar gedib. Sadəcə olaraq bu vaxt ərzində yalnız onu və şahidləri çağırıb dindiriblər.

“Nəticəsiz prosedurlar gedirdi. Sadəcə olaraq bu vaxt ərzində yalnız məni və şahidləri çağırıb dindirdilər. Bundan başqa indiyə qədər heç nə olmayıb, guya ki ekspertiza davam edib. Ekspertiza necə və nə cür davam edib bilmirəm. Bu günə kimi real cinayətkarların kimliyi bəlli olmayıb. Yalnız bu gün real nəticə olaraq məni zərərçəkmiş kimi tanıdılar. Bu da böyük işdir.

Məni bu vaxta kimi zərərçəkmiş kimi tanımamaqlarına dair heç bir əsas gətirmirlər. Sadəcə olaraq istintaqın davam etdiyini, işlərin aparıldığını və bu səbəbdən bu işin uzandığını qeyd edirlər. Mənə bildirdilər ki, məni zərərçəkmiş olaraq tanıdıqlarından sonra iş daha da irəli gedəcək. Buna belə bir sistemdə, bu hakimiyyətin vaxtında inanmaq çətindir. Formal olaraq hələ ki, istintaq davam edir"- Ceyhun Məhəmmədəli.

Xatırladaq ki, 2020-ci ilin 29 sentyabr tarixində, axşam saatlarında Marneuli rayonunun Rustaveli №94 küçəsində müxalif "Vahid Milli Hərəkat" partiyasının fəalları Qivi Kveladzeyə və onun oğlu Laşa Kveladzeyə hücum olmuşdu. Hücum nəticəsində onlara məxsus "Mersedes" markalı avtomobilə ciddi ziyan dəymişdi. VMH partiyasının Marneulidəki fəalları isə iddia edirdilər ki, hadisəni törədənlər "Gürcü Arzusu" partiyasının tərəfdarları olub. Bütün bu prosesləri araşdırmaq üçün hakim partiyanın Marneulidəki qərargahına gedən “Mtavari arxi”nin jurnalisti Ceyhun Məhəmmədəli və onun operatoru partiyanın qarşısında fiziki şiddətə məruz qalmışdı.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər