Çerçvadze "komendant saatı"nın götürülməsindən danışdı
“Ölkədə koronavirus infeksiyası sayının xeyli artması fonunda, "komendant saatı" nın ləğvi doğru olmayacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Yolxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze deyib.
Çerçvadzenin dediyinə görə, sözügedən məsələ əvvəllər müzakirə edilirdi, lakin bu mərhələdə bu məhdudiyyətin götürülməsi məqsədəuyğun deyil.
"Təxminən bir həftə əvvəl “komendant saatı”nın ləğvi barədə danışılırdı, lakin indi yoluxma halının 600-ü keçdiyi zaman, “komendant saatı”nın ləğvini uyğun hesab edə bilmərik, xüsusən də bu faktiki olaraq, tək məhdudiyyətdir, qalan hər şey ləğv edilib. İnfeksiya sayının artdığına görə, “komendant saatı”nı qaldıraraq qeyri-adekvat cavab verərik və bu, doğru deyil", - bildirib Çerçvadze.


