30 
Mar
2021
11:30
1240

Gürcüstanın Türkiyədəki səfirliyi vətəndaşlara müraciət edir

Gürcüstanın Türkiyədəki səfirliyi vətəndaşlara müraciət edir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfirliyi məlumatı öz Facebook səhifələrində yayıb.

Müraciətdə bildirilir ki, Türkiyə tərəfinin qərarı ilə koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə mövcud epidemioloji vəziyyəti əks etdirən xəritədə qırmızı rənglə verilmiş şəhərlərdə həftə sonları- şənbə və bazar günlərində küçələrə çıxmaq qadağan edilir.

“Qeyd edək ki, vətəndaşlara həftə içi axşam saat 21:00-dan səhər saat 05:00-dək küçəyə çıxmaq qadağan olunur. Yeni islahatlar haqqında operativ şəkildə səfirliyin səhifəsində vətəndaşlara çatdırılacaq.

Əlavə suallar yarandığı təqdirdə xahiş edirik aşağıda qeyd olunan qaynar xəttlərə zəng edəsiniz:

Ankaranın Gürcüstandakı səfirliyinin qaynar xəttinə: +90 533 690 30 40; +90 539 220 82 802.

İstanbul şəhərinin baş konsulluğunun qaynar xətti: + 90 541 818 44 003.

Trabzon şəhərində Gürcüstanın baş konsulluğunun qaynar xətti: + 90 541 326 22 264.

İzmir şəhərində Gürcüstan konsulluğunun ofisi: +90 530 280 45 08”- Səfirliyin Facebook səhifəsində verilən məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın