29 
Mar
2021
15:04
256

Kristian Danielson Salome Zurabişvili ilə görüşdü

Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Birliyi Şurası Prezidentinin Şəxsi Nümayəndəsi Kristian Danielson ilə görüşdü.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası tərəfindən məlumat yayılır.

Məlumata görə, görüş Orbeliani iqamətgahında baş tutub və tərəflər hökumət ilə müxalifət arasında davam edən danışıqları müzakirə ediblər.

"Gürcüstan Prezidenti siyasi böhranın azaldılmasının vacibliyini və Avropa Birliyinin pandemiya sonrası iqtisadi böhrandan çıxmaqda fəal iştirak edəcəyini bir daha qeyd olundu"- məlumatda bildirilir.

Məlumat üçün bildirək ki, Avropa Şurası Prezidentinin Şəxsi Nümayəndəsi Kristian Danielson 27 mart tarixində Gürcüstana gəldi. Danielson 28 mart tarixində Gürcüstanda qeyri-hökumət sektorunun nümayəndələri ilə görüşdü. Siyasi partiyaların liderləri ilə vasitəçilik prosesi bu gün yenidən başladı.

Bizimlə əlaqə saxlayın