Kristian Danielson Gürcüstandakı təkrar səfərindən danışdı
"İndi kompromisin vaxtıdır. Kompromis zəifliyin deyil gücün nişanıdır".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson açıqlama verib.
Onun sözlərinə görə, o, bu dəfə Gürcüstanda 3 gün qalacaq.
“Gürcüstana qayıtdığım üçün çox xoşbəxtəm. Siyasi partiyaların, müxalifətin və hakim partiyaların liderləri ilə bu ölkədəki siyasi böhrana son qoymaq üçün razılıq əldə etmələrinə kömək etmək məqsədilə bu prosesə qoşulmağı səbirsizliklə gözləyirəm.
İndi güzəştə getməyin vaxtıdır və güzəştə getmək zəiflik əlaməti deyil. Güzəşt gücün əlamətidir. Güzəşt, demokratiyanın Gürcüstanda işlədiyinin sübutu və Avropa yoludur. Mən Gürcüstanda 3 gün qalacağam" dedi.
Qeyd edək ki, Kristian Danielson 29 mart tarixində hökumət və müxalifət rəsmiləri ilə görüşlərə başlayacaq.


