26 
Mar
2021
12:48
542

Marneulidə aksiya keçirildi

Bu gün Marneuli meriyasının binası qarşısında aksiya baş tutdu.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Akelik şirkətinə etiraz edirlər.

Etirazçılar Akelik şirkəti tərəfindən əmək haqqlarının verilməməsinə etiraz edirlər və qeyd edirlər ki, şirkət 4 aydır ki, işçilərin əmək haqqlarını vermir. Bu səbəbdən irəli gələrək aksiya iştirakçıları meriya rəhbərliyinin onlarla görüşməsini və 4 aylıq əmək haqqlarının ödənilməsini tələb edirdilər. Daha sonra Marneuli və Qardabani bələdiyyələrinin majoritar millət vəkili Zaur Darğallı aksiya iştirakçıları ilə görüşərək onlara bu problemin aradan qaldırılmasında iştirak edəcəyini qeyd etdi.

Xatırladaq ki, Akelik şirkəti tərəfindən işçilərin əmək haqqlarının verilməməsi səbəbindən 4 mart tarixində də bənzər aksiya Marneuli bələdiyyəsi meriyasının binası önündə keçirmişdilər.

Bizimlə əlaqə saxlayın